AZAL təyyarəsində insident - RTV

[html]

Ötən gün ictimai fəal Mətanət Əzizova Facebook hesabında Praqa aeroportunda Praqa-Bakı reysinin gözləmə zalında bir kişinin yoxlamadan keçmədən qanunsuz trapa daxil olması və təyyarəyə tərəf getməsi barədə məlumat paylaşıb. Məsələ ilə bağlı Azərbaycan Hava Yollarından bildirilib ki, uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxsin təyyarəyə girişinin vaxtında qarşısı alınıb. Hava limanında təhlükəsizlik xidmətləri və hüquq mühafizə orqanları hadisə yerinə gələnədək həmin şəxsin hərəkətləri Azərbaycan Hava Yolları aviaşirkətinin ekipajı tərəfindən dayandırılıb. Hazırda insidentlə bağlı hava limanının müvafiq xidmətləri və səlahiyyətli qurumlarla birgə araşdırma aparılır.