İlham Əliyev açılış mərasimində - RTV

Yanvarın 8-də Bakıda Gülüstan sarayında Səudiyyə Ərəbistanı Krallığının Aqua Power şirkəti tərəfindən inşa edilmiş 240 meqavat gücündə Xızı Abşeron külək elektrik stansiyasının rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani, Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey, Aqua Power şirkətinin təsisçisi və icraçı direktoru Məhəmməd Əbu Nəyyan çıxış ediblər.

Daha sonra Xızı Abşeron külək elektrik stansiyası layihəsi haqqında qısa videoçarx nümayiş olunub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Aqua Power şirkətinin təsisçisi və icraçı direktoru Məhəmməd Əbu Nəyyan 240 meqavat gücündə Xızı Abşeron külək elektrik stansiyasını işə salıblar.