Qızıl mağazasında öldürülən azərbaycanlının kimliyi bilindi - RTV

Marneuli bazarında baş verən silahlı insident nəticəsində öldürülən azərbaycanlının kimliyi müəyyən edilib. Məlumata görə, aldığı güllə yaralarından ölən şəxsin 27 yaşlı Sahib Bayramov olduğu bildirilir.

Hadisəni törədən şəxsin görüntüləri də yayılıb. Görüntülərdə onun əlində tapança ilə qızıl mağazasına doğru getdiyi əks olunub.

Dünən Gürcüstan azərbaycanlılarının sıx yaşadığı Marneuli rayonunun mərkəzi bazarında baş vermiş atışma nəticəsində ata və oğul güllələnib. Silahlı insident qızıl mağazasında qeydə alınıb. Ağır yaralanan 27 yaşlı Sahib Bayramov xəstəxanada ölüb. Atasının vəziyyəti stabil ağır kimi qiymətləndirilir. Hadisəni törədərək oradan qaçan şəxsin kimliyi araşdırılır.