Hollywood aktyoru Tom Milli Johnson-un qızı Viktoriya faciəvi şəkildə vəfat edib. 34 yaşlı Viktoriya Kaliforniyada yerləşən otellərdən birində ölü vəziyyətdə tapılıb.
TMZ hüquq mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər yayıb ki, Viktoriya cümə axşamı səhər saatlarında otel otağında aşkar edilib. Hadisə yerinə dərhal polis əməkdaşları və məhkəmə tibbi eksperti cəlb olunub.
Hazırda Viktoriya Johnson-un ölümünün dəqiq səbəbi məlum deyil. Polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparırlar.